Sabah bu şəhərdə qaz OLMAYACAQ

26.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək “Sumqayıt” QPS-dən qidalanan “Şəhər qazı-4(Sumqayıt)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatının dayandırılması, günün ikinci yarısında işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью