Sabah bu seriallara baxa bilməyəcəksiniz

03.11.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyədə bu həftə bəzi serialların yeni bölümləri yayımlanmayacaq.

Axşam.az xəbər verir ki, noyabrın 3-də UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Qalatasaray” - “Stuttqart” qarşılaşması ilə əlaqədar “Tuzlu kahve”, “Haysiyet” və “Anne yarısı” seriallarının yeni bölümlərinin efirə getməyəcəyi gözlənilir.

Belə ki, TRT 1-də Türkiyə saatı ilə 20:45-də canlı yayımlanacaq futbol matçı digər telekanalların da yayım cədvəlinə təsir edib.

Serialların yayım cədvəlindəki dəyişikliyin digər səbəblərindən biri isə televiziya sektorunda reklam gəlirlərinin azalmasıdır. Bildirilir ki, oktyabrda reklam gəlirləri son 30 ilin ən aşağı səviyyəsinə düşüb. Reklam fasilələri üçün ayrılan vaxtın yalnız 60 faizinin doldurulması telekanalların gəlirlərinə mənfi təsir göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью