futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sabah” Premyer Liqada 19 turdan sonra 46 xalla birinci sıradadır. “Bayquşlar” ikinci pillədəki “Qarabağ”ı 4 xal üstələyir.
Serbiyalı futbolçu Filip İvanoviç “Futbolpress.az”a açıqlamasında sabiq klubunun Premyer Liqadakı çıxışı haqda fikirlərini bölüşdü:
“Əlbəttə, “Sabah”ı, Azərbaycan çempionatının oyunlarını vaxt olduqca izləyirəm. Çalışıram ki, keçmiş klubumun bütün oyunlarına baxım. Yaxşı ritm yaxalayıblar və belə davam etməlidirlər. Qarşıda oyun çoxdur. “Sabah” bu səviyyəni saxlasa, çempionluq şansı var”.
İvanoviç 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib. O, “futuristlər”lə 59 oyunda meydana çıxıb və 2 qol vurub.