Sabah bu yol da bağlı olacaq Xəbərdarlıq

01.10.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


2 oktyabr saat 14:00-dan etibarən Suraxanı rayonunda Zığ şossesinin (beton yol) “MİDA“ Yaşayış Kompleksi avtomobil yolu istiqamətində, “MİDA” yaşayış kompleksinin avtomobil yolunda, həmçinin “MİDA” Yaşayış Kompleksindən Zığ şossesinə, hava limanı istiqamətinə çıxış yolunda təmir işləri aparılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar qeyd olunan yol hissələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
“Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью