Sabah bu yollar bağlanacaq

26.08.2026

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Körpü və yol ötürücülərinin texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə aşağıdakı mühəndis qurğularında instrumental müayinələr aparılacaq.

AAYDA-dan Lent.az-a bildirilib ki, avqustun 27-də Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən “Karl Marks” yol ötürücüsü müayinə zamanı nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmayacaq.

Avqustun 27-dən 28-nə keçən gecə, 28-i səhər saatlarınadək:
 

1. Bakıxanov küçəsində yerləşən “Bakıxanov” yol ötürücüsü ;
2. Ceyhun Səlimov küçəsində yerləşən “Papanin” yol ötürücüsü ;
3. Pirşağı dəmir yolu üzərində yerləşən “Pirşağı” yol ötürücüsü.

Qeyd olunan yol ötürücülərində müayinələrin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq .

İnstrumental müayinələr Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən həyata keçiriləcək.

Bildiririk ki, instrumental müayinələrin aparılması həmin qurğuların istismar üçün təhlükəli olması demək deyil. Bu, daşıyıcı konstruksiyaların möhkəmliyini, yükgötürmə qabiliyyətini və deformasiya göstəricilərini, həmçinin vizual baxışla müəyyən edilməsi mümkün olmayan qüsurları xüsusi cihazlarla dəqiq qiymətləndirməyə imkan verən qabaqlayıcı tədbirdir.

Sürücülərdən hərəkətin məhdudlaşdırıldığı müddətdə alternativ marşrutlardan istifadə etmələri və aparılan müayinələrə anlayışla yanaşmaları xahiş olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью