Sabah Cəlilabadda təqribən 3 min abonentin qazı kəsiləcək

10.06.2025

Icma.az, Sia Az saytına istinadən bildirir.

Sabah Cəlilabad şəhərinin 22 küçəsində qaz təchizatı dayandırılacaq. SİA-nın məlumatına görə, Cəlilabad şəhərində H.Əliyev prospekti 394 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün H.Əliyev prospekti, A.Azərtürk, Cavadxan, Şəhriyar, N.Nərimanov, Q.İsmayılov, F.Əhmədov, M.F.Axundov, Sabir, Babək, S.Axundov, Ş.Qurbanov, H.Məmmədov, Nizami, 28 may, Təbriz, Xətai, Fizuli, V.Niftullayev, D.Qorqud, V.Mürsəlov, S.Vurğun küçələri olmaqla təqribən 3 min abonentin qaz təchizatının sabah saat 10:00-dan dayandırılması planlaşdırılır.

Qeyd olunan ərazilərdə qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью