Sabah Cəlilabadın bəzi kəndlərində işıq kəsiləcək KONKRET

22.06.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəlilabad Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Cəlayir” yarımstansiyasından qidalanan 35 kV-luq “Ləkin” hava xəttində təmir işləri həyata keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri işıqsız qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью