“Sabah” Çempionlar Liqasında 3 cü oyuna çıxır

19.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunundan əvvəl təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı bəlli olub.

Modern.az xəbər verir ki, “Sabah”ın oyunöncəsi mətbuat konfransı oktyabrın 19-da saat 20:00-da, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 20:30-da başlayacaq.

“Borussiya”nın oyunöncəsi mətbuat konfransı həmin gün saat 18:30-da, ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqi isə saat 19:00-da başlayacaq.

Hər iki komandanın mətbuat konfransı və açıq məşqi Bakı Olimpiya Stadionunda keçiriləcək.

“Sabah” – “Borussiya” oyunu oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью