Sabah Çempionlar Liqasında ilk qələbəsini qazanıb

08.04.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 aprel, AZƏRTAC

"Sabah" basketbol klubunun U-18 komandası Bosniya və Herseqovinanın Laktasi şəhərində keçirilən Gənclər Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, kollektiv "B" qrupunun ikinci turunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" klubunu 72:61 hesabı ilə məğlub edib.

Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью