“Sabah” Çempionlar Liqasında neçənci yerdə gedir? CƏDVƏL

23.10.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü tur başa çatandan sonra klubların turnir cədvəlindəki mövqelərinə aydınlıq gəlib.

Azərbaycan çempionu "Sabah” üç turdan sonra 3 xal toplayıb.

Komandamız hazırda turnir cədvəlində 25-ci yerdə qərarlaşıb. 

Yeri gəlmişkən, turnir cədvəlində 19-cu yerdə gedən "Villarreal”dan başlayaraq 29-cu yeri tutan "Leypsiq"ə qədər 11 komandanın 3 xalı var.

Xatırladaq ki, "Sabah” "Mançester Yunayted"ə 0:4, "Borussiya”ya 1:2 hesabı ilə uduzub, "Slaviya”nı isə 2:0 hesabı ilə məğlub edib.

Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

///modern///


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью