“Sabah” Çempionlar Liqasında uduzsa, bu rəqiblərlə qarşılaşa bilər

20.07.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılır.

“Qafqazinfo” xəbər verir ki, püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub.

Cütün məğlubu “Levski” (Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək. 

AL-də üçüncü mərhələnin ilk matçları  avqustun  6-da, cavab görüşləri avqustun 13-nə təyin olunub. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью