“Sabah” Çempionlar Liqasının turnir cədvəlində 21 ci yerdədir

14.10.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində qələbə qazanan Azərbaycan çempionu “Sabah”ın iki oyundan sonra turnir cədvəlindəki yeri bəlli olub.
Modern.az xəbər verir ki, Bakıda "Slaviya"nı 2:0 hesabı ilə məğlub edən komandamız hazırda turnir cədvəlində 3 xalla xalla 21-ci yerdədir. 

Xatırladaq ki, “Sabah” klubu 1-ci turda "Mançester Yunayted"ə uduzmuşdu.

Çempionlar Liqasının Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью