Sabah Cenevrədə İranla danışıqlar planlaşdırılır

19.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

2025-ci il iyunun 20-də Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri İranla nüvə danışıqları aparmağı planlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi Almaniyanın diplomatik mənbəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa diplomatlarının İranlı həmkarları ilə danışıqları İsveçrənin Cenevrə şəhərində baş tutmalıdır.

“Mənbənin sözlərinə görə, nazirlər əvvəlcə Avropa Birliyinin baş diplomatı Kaya Kallas ilə Cenevrədəki Almaniya konsulluğunda görüşəcəklər, daha sonra isə İranın xarici işlər naziri ilə birgə görüş keçiriləcək”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu plan ABŞ-la razılaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью