Sabah cənub şərq küləyi əsəcək

21.01.2025

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yanvarın 22-də Bakıda və  Abşeron yarımadasında  hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin axşam  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Bunu Yeniazerbaycan.com-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.  O qeyd edib ki, havanın maksimal temperaturu  8-10° isti olacaq:  “Atmosfer təzyiqi normadan yüksək 773 mm  civə sütunu olacaq. Azərbaycanın rayonlarında  hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi  şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.  Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq”.

Hava şəraitindən aslı olmayaraq özünüzə diqqət etməyi unutmayın.

Leyla Səməndər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью