Sabah çimərliklərdə suyun temperaturu

08.08.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata əsasən, avqustun 9-da arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) +27 dərəcədən +28 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +28 dərəcədən +29 dərəcəyədək olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью