Sabah çimərliklərində hava necə olacaq? PROQNOZ

16.06.2026

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəzər dənizinin sahilində yerləşən çimərliklərdə sabah müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Ölkə.az-a bildirilib ki, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью