Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşlərinə start veriləcək.
QOL.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da bu gün meydana çıxacaq. Komanda Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionu “Hapoel”i (Beer-Şeva) qəbul edəcək. 20:45-də start götürəcək görüşü rumıniyalı hakimlər briqadası idarə edəcək.
İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan “Sabah” nəticəni xeyrinə dəyişməyə çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off, cavab oyunu
25 avqust
20:45. “Sabah” (Azərbaycan) - “Hapoel” (Beer-Şeva, İsrail)
Hakimlər: İştvan Kovaç, Mixay Marika, Ferents Tunyodi, Sabolç Kovaç (Rumıniya)
VAR: Bastian Dankert (Almaniya)
AVAR: Katalin Popa (Rumıniya)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 1:2