“Sabah” ÇL ə səfər oyunu ilə başlayacaq

13.07.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizi kişi basketbolçular arasında Çempionlar Liqasında təmsil edəcək “Sabah”ın qrup oyunlarının təqvimi müəyyənləşib.

Xatırladaq ki, “bayquşlar” B qrupunda “Alba” (Almaniya), “Nimburk” (Çexiya) və 3-cü təsnifat qrupunun qalibi ilə qarşılaşacaq.
7 oktyabr
20.30. Nimburk – Sabah
15 oktyabr
20.00. Sabah – Alba
29 oktyabr
3-cü təsnifat qrupunun qalibi – Sabah (oyunun vaxtı sonra açıqlanacaq)
12 noyabr
21.00. Sabah – 3-cü təsnifat qrupunun qalibi
10 dekabr
21.00. Sabah – Nimburk
16 dekabr
23.00. Alba – Sabah

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Kişi basketbolçulardan ibarət “Neftçi” də avrokubokda mübarizə aparacaq. Paytaxt təmsilçisi FIBA Avropa kubokunda oynayacaq. “Ağ-qaralar” birbaşa yarışın müntəzəm çempionatında gücünü yoxlayacaq. Ölkə çempionatında 4-cü yeri tutan "Abşeron" isə müntəzəm mövsümdə iştirak hüququ əldə etmək üçün təsnifat oyunları keçirəcək.
Hər iki təmsilçimizin rəqibləri iyulun 23-də Münhendə keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
Xatırladaq ki, “Neftçi” ölkə çempionatında 2-ci yeri tutub. “Ağ-qaralar” final seriyasında “Sabah”a uduzub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью