Sabah ÇL ərəfəsində son oyununda qələbə qazana biləcək?

02.07.2026

Icma.az, Fanat portalına istinadən məlumat verir.

İyunun 17-dən Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək bakılılar son yoxlama görüşündə Ukraynanın “Polissya” komandası ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda Avstriyada bundan əvvəl Rumıniyanın “Universitatya Krayova” və Macarıstanın “Ferentsvaroş” kollektivləri ilə gücünü sınayıb. Hər iki görüş 1:1 hesabı ilə başa çatıb.

Xatırladaq ki, "bayquşlar" tarixində ilk dəfə yarışacağı ÇL-in birinci təsnifat mərhələsində Uels təmsilçisi TNS-lə qarşılaşacaq. Tərəflər arasında ilk oyun iyulun 7-də Bakıda baş tutacaq. 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью