“Sabah” çoxunun adını eşitmədiyi bir komanda olsa da…”

03.11.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Vikinq”in baş məşqçisi Lunde Aarseym Çempionlar Liqasında “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

“Komandada işlər qaydasındadır. Matça normal hazırlıq keçmişik. Bütün diqqətimiz “Sabah”la matçdadır. “Sabah” çoxunun adını eşitmədiyi bir komanda olsa da, yaxşı kollektivdir. Artıq ilk qələbələrini qazanıblar. Onların uğurları təsadüfi deyil. İnanırıq ki, müsbət nəticə əldə edə biləcəyik. Məqsədimiz üç xal qazanmaqdır”.

Sabah keçiriləcək oyuna saat 00:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью