Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şax