Sabah daha bir itkin şəhid dəfn olunacaq FOTO

19.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur.

Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью