“Sabah” Dambrauskasın qərarını gözləyəcək

11.06.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” icarə əsasında komandada çıxış edən Qodfred Boakye ilə bağlı qərarını verməyib.

Futbolpress.az-ın məlumatına görə, fevralda “Birmingem”dən heyətə cəlb olunan müdafiəçi əvəzedici komanda ilə oyunlara çıxıb.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Qodfredi yay toplanışında görmək istəyir. Mütəxəssis müdafiəçinin durumu ilə bağlı hazırlıqdan sonra qərar verəcək.

“Bayquşlar” belçikalı mərkəz müdafiəçisinin transfer hüquqlarını ala bilər. Oyunçunun müqaviləsində bununla bağlı bənd yer alır.

Qodfred “Sabah”ın heyətində Əvəzedicilər Liqasının qalibi olub.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью