Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sabah" klubundan bu gün ayrılan futbolçu Ayaz Quliyev Rusiya klubuna keçib.
Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerasını Tulanın "Arsenal" komandasında davam etdirəcək.
29 yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Futbolçu daha əvvəl 2021/2022 mövsümündə Tula təmsilçisində çıxış edib.
Ayaz Quliyev daha əvvəl "Anji", "Rostov", "Ximki" və "Spartak" klublarında da oynayıb.
O, 2023-cü ildən 2026-cı ilədək "Sabah"da çıxış edirdi. Futbolçu bu müddətdə komandanın heyətində 54 oyun keçirib.