Sabah dan böyükhesablı qələbə, qış çempionu oldu

22.12.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldu

Misli Premyer Liqasında bu gün ilin son oyunu keçirilib.

QOL.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.

Belə ki, "Sumqayıt" evdə "Sabah"ı qəbul edib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək xal sayını 37-yə çatdırıb və fasiləyə lider olaraq yollanıb. Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah” - 1:3

Qol: Velko Simiç, 26 (0:1), Velko Simiç, 50 (0:2), Keffel Resende, 60-avtoqol (0:3), Ronaldo Vaskez, 66 (1:3)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə  
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2

20 dekabr (şənbə)

 “Karvan-Yevlax” - “Neftçi” - 1:2 

 “Zirə” – “İmişli” - 0:0

21 dekabr (bazar)

“Qəbələ” – “Qarabağ” - 1:2

“Araz-Naxçıvan” – “Şamaxı” - 2:0

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 6 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью