Sabah dan cavab: Bu penaltidirsə, bunlar nədir? VİDEO

23.04.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Sabah" və "Qarabağ" Azərbaycan Kubokunun yarımfinalının cavab görüşündə üz-üzə gəliblər.
2:2-nin revanşında 2:1 qələbə qazanan "Sabah" adını finala yazdırıb. Matçın son anlarında mübahisələrə səbəb olan epizod yaşanıb. "Qarabağ" həmin epizoddan sonra hakimdən "Sabah"ın qapısına penalti təyin etməsini tələb edib. Baş hakim Rəvan Həmzəzadə isə oyunu davam etdirib. 
Matçın ardınca həmin epizod və referinin qərarı geniş ajiotaja səbəb olub. Futbol ictimaiyyəti demək olar ki, fikir olaraq ikiyə bölünüb. Bir qisim baş hakimin qərarını doğru saysa da, digərləri həmin epizodun penalti olduğunu düşünüb.
Apasport.az xəbər verir ki, oyundan sonra "Sabah" rəsmi sosial media hesablarında daha əvvəl bənzər hadisələrdə "Sabah"ın lehinə verilməyən epizodlardan kollaj yayımlayıb.
Aralarında daha əvvəl "Sabah" və "Qarabağ" matçının da olduğu mübahisəli görüntüləri sizə təqdim edirik:

Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər" Finalın adı: ”Sabah” - “Zirə”- YENİLƏNİB Masazırda heyətlər BƏLLİ OLDU "Sabah" - "Qarabağ" matçında anşlaq: BÜTÜN BİLETLƏR SATILDI Liderdən inamlı qələbə - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью