Sabah dan cavab qolu, “Neftçi Arena”da bərabərlik Yenilənir

29.03.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasında 28-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. 

Əvvəlcə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, Naxçıvan klubu 48 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 32 xalla altıncıdır. 

Günün ikinci görüşündə “Sumqayıt” doğma meydanda “Sabah”ı sınağa çəkir. 27 turdan sonra Bakı klubu 35 xalla beşinci, sumqayıtlılar isə 28 xalla yeddinci pillədə qərarlaşıblar. 

Bu mövsüm çempionatda “Sumqayıt” və “Sabah” arasında keçirilən 3 matçda tərəflər hərəyə 1 qələbə qazanıblar, 1 görüşdə isə qapılara qol vurulmayıb. 

Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq. 

29 mart (şənbə)

19:00. “Sumqayıt” - “Sabah” - 2:2 (İkinci hissə)

Qollar: Umarali Raxmonaliyev, 6 (0:1), Ronaldo Vaskes, 18 (1:1), Bobir Abdixolikov, 46 (2:1) Umarali Raxmonaliyev, 71 (2:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:45. “Neftçi” - “Araz-Naxçıvan” - 1:1

Qollar: Bassala Sambu, 3 (1:0), İssuf Paro, 6 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
VAR: Rəşad Əhmədov
AVAR: Teymur Teymurov
“Neftçi Arena”

30 mart (bazar)

16:00. “Kəpəz” - “Səbail”

18:00. “Zirə” - “Şamaxı”

28 mart (cümə)

“Turan Tovuz” - “Qarabağ” - 1:4

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью