Sabah dan Norveçdəki azarkeşlərinə xüsusi jest

04.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" klubu Norveçdə "Vikinq"ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının oyunu öncəsi səfər azarkeşlərini diqqətdən kənarda qoymayıb.
Sport24.az xəbər verir ki, Bakı təmsilçisinin rəhbərliyi Stavanger şəhərinə komandanın 300 şərfini aparıb. Həmin şərflər qarşılaşmanı tribunadan izləyərək komandaya dəstək verəcək azarkeşlərə paylanacaq.
Qeyd edək ki, "Vikinq" – "Sabah" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью