“Sabah” Danimarka çempionuna qarşı

11.08.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Sabah” Danimarka çempionuna qarşı

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxacaq. 

Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu "Orhus"la qarşılaşacaq.

Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb. 

Saat 20:00-da keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək. 

Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq. 

Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

11 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Orhus" (Danimarka)

İlk oyun - 1:2

Hakimlər: Villi Delajo, Ervan Finjean, Valentin Evrard, Erik Vattellier 

VAR: Bastien Deşepi

AVAR: Nikolya Rainvill (hamısı Fransa)

“Bank Respublika Arena”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью