Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ və İran arasında texniki danışıqlar iyunun 21-də İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi X sosial media platformasında məlumat yayıb.
“İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra Bürgenstokda texniki səviyyəli danışıqlar aparılacaq. Müzakirələrdə ABŞ və İrandan nümayəndələr, Pakistan və Qətərdən vasitəçilər iştirak edəcək”, - nazirlik bildirib.