Sabah darmadağına uğradı

10.09.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah”ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə “Mançester Yunayted”in gənclər komandası ilə qarşılaşıb və 0:5 hesabı ilə məğlub olub.

İngiltərə klubunun qollarını Əmir İbrahimov (2-ci dəq.), Yakob Uotson (16) və Qabriel (45, 85, 87) vurublar.

Qeyd edək ki, “Sabah” tarixində ilk dəfə UEFA Gənclər Liqasının Liqa mərhələsində iştirak edir.

“Sabah” və “MY”nin əsas komandalarının UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki oyunu isə bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью