Sabah darmadağınla mərhələ adlayıb VİDEO/YENİLƏNİB

31.07.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan kubokunun qalibi "Sabah" UEFA Konfrans Liqası II təsnifat mərhələsinin cavab matçında çıxıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz öz meydanında "Petrokub"u qəbul edib.

Səfərdə 2:0 hesabı ilə qalib gələn "bayquşlar" doğma azarkeşlər qarşısında da inamlı çıxış ediblər. "Sabah" fasiləyə kimi cütün taleyini həll edib. Qonaq komanda futbolçularımızın ilk 45 dəqiqədə vurduqları dörd qoldan yalnız birinin əvəzini çıxa biliblər. Coy Lens Mikels het-trik edərək, qələbədə böyük pay sahibi olub.

Yekunda 6:1 hesabı ilə qalib gələn klubumuz mərhələ adlayıb.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
20:00. “Sabah” (Azərbaycan) - “Petrokub” (Moldova) - 4:1
Qollar:
Coy Lens Mikels, 22; 28; 45. Pavol Safranko, 45+1- Stiv Solvet, 42 (avtoqol)

Baş hakim: Danilo Nikoliç (Serbiya)
"Sabah": 92. Stas Pokatilov, 80. Akim Zedadka, 40. İqor Noqeyra, 13. İvan Lepinitsa, 3. Stiv Solvet, 70. Cesse Sekidika, 10. Anatoli Nuriyev, 22. Zinədin Uld Xaled, 7. Boyan Letiç, 18. Pavol Safranko (k), 20. Coy Lens Mikels
Baş məşqçi: Valdas Dombrauskas
"Petrokub": 1. Silviu Smalenea, 23. Mixay Lupan, 90. Yon Jardan (k), 44. Cessi Cou, 66. Yon Bors, 11. Sergiu Platiça, 19. Nikolae Rotaru, 39. Teodor Lunqu, 79. Viktor Boqasius, 15. Petru Popesku, 13. Maksim Kojosaru
Baş məşqçi: Şota Maxaradze

Bakı. "Bank Respublika Arena".
İlk oyun - 2:0

Qeyd edək ki, “Sabah” növbəti mərhələdə Avropa Liqasının II təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) duelinin məğlubu ilə qarşılaşacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью