Icma.az, Axar.az saytına istinadən bildirir. Ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı sabah (24 fevral) Azərbaycanda orta məktəblərdə d
Təhsil Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hazırda dərslərin təxirə salınması ilə bağlı hər hansı qərar mövcud
Nazirlikdən bildirilib ki, hava şəraitinin gedişatı izlənilir və hər hansı dəyişiklik olarsa, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, hazırda Bakıya və Azərbaycanın əksər rayonlarına güclü küləklə müşayiət olunan qar yağır.
Bakıda və Abşeron yarımadasında 23-24 fevral gecəsi 3-5, 24-25 fevral gecəsi 6-8 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.
Ölkəmizin dağlıq rayonlarında isə gündüz 10, gecə isə 24 dərəcəyə qədər şaxta, aran rayonlarında gecə 4 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti gözlənilir.
Maral Şahverdili Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.