Sabah Dohada Suriya üzrə Astana formatında görüş keçiriləcək

06.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Qətərdə dekabrın 7-də Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə bildirib.

"Astana formatında görüş dekabrın 7-də Doha Forumu çərçivəsində keçiriləcək", - o vurğulayıb.

Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью