Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Məşğulluq Həftəsi çərçivəsində noyabrın 19-da Dövlət-Biznes Əməkdaşlıq Forumu baş tutacaq. Bununla da Məşğulluq Həftəsi dörd günlük fəaliyyətini yekunlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə deyib.
"Bu gün artıq Gələcəyin Peşələri Sammiti öz işinə başlayıb. Ümumilikdə sammit çərçivəsində müxtəlif panellərin və vörkşopların keçirilməsi gözlənilir. Panellərdə ümumiyyətlə gələcəyin peşələri, bu sahədə olan tendensiyalar beynəlxalq ekspertlərin iştirakı ilə müzakirə ediləcək", - deyə sədr müavini vurğulayıb.
Müxbir - Günel Türksoy
Fotoqraf - Tofiq Babayev
Videooperator - Şövqi Əzizov