“Sabah” düşərgəsində son durum

13.01.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Sabah” mövsümün ikinci dövrəsinə hazırlıqlarını Bakıda keçir.

“Bayquşlar” toplanış çərçivəsində hələlik bir sınaq matçı oynayıb. Valdas Dambrauskasın yetirmələri “Şamaxı”ya qalib gəlib – 2:0. Komandanın ikinci oyununun olub-olmayacağı isə dəqiqləşməyib.

“Sabah” bu dövrdə artıq iki futbolçu ilə də müqavilə bağlayıb. Klub icarə əsasında komandada çıxış edən Aaron Maluda və Umarali Rahmonaliyevin transfer hüquqlarını alıb. Klub transfer məsələlərində sakit qalır. Müdafiəçi Timoteuş Puxaçın da transfer hüquqlarını almağa çalışan “bayquşlar” eyni zamanda hücumçu da axtarışındadır. Uyğun variant olsa, dəyərləndiriləcək.

Komandada digər pozitiv məqam isə zədəlilərlə bağlıdır. Coy-Lens Mikels və Zineddin Xaled artıq sıraya dönüb. Fərdi məşqlər edən futbolçular fasilənin bitməsinə qədər komandaya qoşulacaq. Hücumçu Pavol Şafrankonun isə martdan məşqlərə başlaması gözlənilir.

“Sabah” Premyer Liqada fasiləyə lider yollanıb. Tarixində ilk dəfə “qış çempionu” olan “bayquşlar” ən yaxın izləyicisi “Qarabağ”ı bir xal qabaqlayır. “Sabah” ikinci dövrənin ilk oyununda autsayder yanvarın 25-də “Karvan-Yevlax”ı qəbul edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью