“Sabah” əlavə vaxtda cavab qolunu vurdu Yenilənir | Icma.az
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk günə nəzərdə tutulan 3 matçdan 1-i artıq başa çatıb.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlir. “Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib.
Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq. "Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkib.
Görüş Naxçıvan komandasını 3:1 hesablı qələbəsi ilə bitib. 1/4 finalda onlar “Zirə” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaqlar.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı keçirilir.
Cari mövsüm Misli Premyer Liqasında bu komandaların hər iki qarşıdurması heç-heçə yekunlaşıb - 2:2 və 1:1.
Tam oxu
Xəbəri oxu