“Sabah” əlindən gələnin ən yaxşısını etdi”

26.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah” Çempionlar Liqasının V turunda “Barselona”ya uduzub – 1:4.

Millinin sabiq futbolçusu Cahangir Həsənzadə qarşılaşma ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Matçla bağlı fikirləriniz nədir?
– Möhtəşəm atmosfer var idi. Azarkeşlər əsl futbol bayramı yaratmışdılar.

– Sizcə, müsbət nəticə üçün nə çatmadı?
– Səviyyə fərqi bilinirdi. “Sabah” əlindən gələnin ən yaxşısını etdi, qol da vurdu. İmkanlar yaratdılar, amma dəyərləndirə bilmədilər.

– Matçda “Sabah” adına hansı müsbət məqamı xüsusi qeyd edərdiniz?
– Onlar rəqibindən çəkinmədi. Bu, vacib nüanslardandır. “Barselona”ya qarşı yaxşı mübarizə apara bildilər. Amma futbolda bir məqamda artıq keyfiyyət önə çıxır və sözünü deyir.

– Qarşıda “Vilyarreal”, “Napoli” və “Arsenal”la matç qalıb. Komandanın pley-off şansının olduğunu düşünürsünüz?
– Çətin qarşılaşmalar olacaq. “Sabah”ın bütün matçlarda çəkinmədən oynayacağını düşünürəm. Hər şey ola bilər. Xal sayını proqnozlaşdırmaq çətindir, amma düşünürəm ki, doğma meydanda “Napoli”dən xal almaq mümkündür.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью