Sabah Ərdoğanla danışacam Putin

11.05.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin gecə saatlarında gözlənilmədən mətbuat konfransı keçirib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri çıxışı zamanı Kiyevi yenidən atəşkəslə bağlı danışıqlara çağırıb. 

Onun sözlərinə görə, Ukrayna tərəfi Pasxa bayramı zamanı atəşkəsi beş min dəfədən çox pozub: "Rusiya dəfələrlə atəşkəs təşəbbüsləri irəli sürüb, lakin Kiyev enerji obyektlərinə zərbələr endirmə moratoriumunu pozub və Pasxada atəşkəsə əməl edilməyib.

Biz üçüncü dəfə mayın 9-da atəşkəs elan etdik. Atəşkəs rejimi Kiyev rejimi tərəfindən pozuldu".

Buna baxmayaraq, Rusiya prezidenti qeyd edib ki, Moskva heç bir ilkin şərt olmadan Ukrayna ilə birbaşa danışıqları bərpa etmək istəyir: "Rusiya mayın 15-də İstanbulda dialoqa başlamağa hazırdır. Sabah prezident Ərdoğanla danışacam". 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью