Sabah Ermənistan XİN rəhbərinin müavini İrana səfər edəcək

11.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Ermənistan xarici işlər nazirinin müavini sabah Cənubi Qafqazda gedən prosesləri müzakirə etmək üçün İrana səfər edəcək.

APA xəbər verir ki, bunu İran XİN sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan İran üçün narahatlıq doğuran istənilən addımın atılmasından çəkinəcək.

Bu gün isə Ermənistanın Baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutacaq.

Bəqayi İranın Cənubi Qafqazda regiondan kənar qüvvələrin mövcudluğunun əleyhinə olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью