Sabah evdə Şamaxı ya qalib gələ bilmədi

23.11.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.

Qaynarinfo xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.

Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sport Arena"da saat 17:30-da start götürəcək.

Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью