“Sabah” fərqi azaltdı Yenilənir

05.08.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Sabah” fərqi azaltdı - Yenilənir

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin görüşləri keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da bu gün meydana çıxıb.

Valdas Dambrauskasın komandası Danimarka səfərində "Orhus"la qarşılaşır. Qeyd edək ki, oyunun Bakı vaxtı ilə saat 20:30-da başlaması planlaşdırılsa da, komandaların tıxac səbəbindən gecikməsinə görə matç saat 21:10-da start götürüb.

Bu cütün qalibi pley-offda “Hapoel” (Beer-Şeva, İsrail) - “Srvena Zvezda” (Serbiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Mərhələnin uduzan tərəfi isə Avropa Liqasının  pley-offunda “Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sabah"la "Orhus" arasında cavab matçı avqustun 11-də Masazırda keçiriləcək.

5 avqust

UEFA Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin ilk oyunları

21:10."Orhus" (Danimarka) - "Sabah" (Azərbaycan) - 2:1 (İkinci hissə)

Qollar: Boqere, 32 (1:0), Boqere, 63 (2:0), Velko Simiç, 67 (2:1)

Hakimlər: Rade Obrenoviç, Aleksandar Kasapoviç, Qreqa Kordej (Sloveniya)

Randers."Cepheus Park" stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью