Sabah FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək

06.11.2024

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sabah" klubu FIBA Avropa Kubokunda bu gün növbəti matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv G qrupunda Yunanıstan təmsilçisi "Marussi" ilə qarşılaşacaq.

Marussi şəhərindəki "Maroussi Saint Thomas Indoor Hall"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Oyunu Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya) və Mladen Luçiç (Monteneqro) idarə edəcəklər.

Qeyd edək ki, "Sabah" evdə "Marussi"yə 70:82 hesabı ilə məğlub olub. Azərbaycan komandası həmçinin qrupda keçirdiyi digər oyunlarda Belçikanın "Spiru" klubuna evdə 68:78, səfərdə 81:82, İsveç təmsilçisi "Norrçepinq Dolfins"ə isə 70:74 hesabı ilə yenilib.

“Şəki”də yeni basketbolçu “Gəncə” və “Lənkəran”dan qələbə ABL: "Gəncə"dən növbəti qələbə ABL: III turun daha 2 oyunu keçiriləcək “Neftçi” növbəti dəfə uduzdu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью