“Sabah” FK Azərbaycanın UEFA reytinqində əmsalını artırdı

15.07.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Sabah”ın UEFA Çempionlar Liqasındakı növbəti qələbəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə də müsbət təsir göstərib.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsinin cavab görüşündə səfərdə Uelsin TNS komandasını 2:0 hesabı ilə məğlub edərək ölkənin əmsal hesabına növbəti xalları əlavə edib.

Bu nəticə sayəsində Azərbaycanın UEFA reytinqinə daha 0,250 xal yazılıb. Bununla da ölkənin cari mövsümdə topladığı əmsal 1,000-ə yüksəlib.

Hazırda Azərbaycan 19,562 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 25-ci yerdə 20,750 xalla İsrail, 27-ci sırada isə 18,312 xala malik Bolqarıstan yer alır. Siyahıya 101,852 əmsalla İngiltərə başçılıq edir.

Xatırladaq ki, “Sabah” ilk oyunda da TNS-ni 2:0 hesabı ilə məğlub etmişdi. İki oyunun nəticəsinə əsasən mərhələ adlayan Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Finlandiyanın KUPS klubu ilə qarşılaşacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью