Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Sabah" futbol klubunun 19 yaşadək futbolçuları bu gün UEFA Gənclər Liqasında ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv səfərdə Fransa təmsilçisi "Nant"la üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, bu komandaların cavab qarşılaması noyabrın 5-də baş tutacaq.
UEFA Gənclər Liqası
II mərhələ
19:00. "Nant" U19 - "Sabah" U19