“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

11.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, fransalı hücumameyilli yarımmüdafiəçi Yunis Laçab bundan sonra Azərbaycan çempionunun uğurları üçün çalışacaq. Laçab Fransanın “Lill” klubundan birillik icarəyə götürülüb.

“Lill” klubunun yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində klubun əsas və ikinci komandalarında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью