“Sabah” Futbol Akademiyasına seçimlər başlayır

05.04.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sabah” akademiyasına Ötən il Tərtərlə yanaşı, Ağcabədi, Zaqatala, Ağsu, Naftalan, Bərdə, Yevlax, Goranboy və Abşeron rayonlarını əhatə edən seçimlərdə 600-ə yaxın uşaq iştirak edib.

Futbolpress.az xəbər verir ki, bu il yeni seçimlərə start verəcək. Seçimlər 24-25 apreldə Göygöl Olimpiya İdman Kompleksində, 29-30 aprel tarixlərində isə Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq və 2009-2015-ci il təvəllüdlü uşaqlar arasında keçiriləcək.

Bakı şəhərində seçimlərin may ayında keçirilməsi nəzərdə tutulur. Seçimlərdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью