Sabah futbolçusu Elvin Camalovla yollarını ayırıb | Icma.az
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Sabah" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.
Qeyd edək ki, oyunçu 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb.
Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu "bayquşlar"ın heyətində ümumilikdə 113 oyun keçirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu