“Sabah” futbolçusu icarəyə verdi

27.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Karvan-Yevlax” müqavilə ilə “Sabah”a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rauf mövsümün birinci dövrəsini “Sumqayıt”da keçirib.

Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca “Sabah”, “Şamaxı” və “Sumqayıt” klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və “A” milli komandalarımızın da şərəfini qoruyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью