“Sabah” futbolçusunu icarəyə verdi

28.01.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında çıxış edən “Şamaxı” komandası qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi “Sabah”dan Abdulla Rzayevi icarə əsasında heyətinə qatıb.

24 yaşlı müdafiəçi cari mövsümün sonuna qədər “Şamaxı”da çıxış edəcək.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью